Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

“Lider” TV-nin yayımı bərpa olundu — YENİLƏNİB

“Lider” TV-nin yayımı bərpa olundu — YENİLƏNİB

Tarix: 11-03-2020, 15:26

“Lider” TV-nin yayımı bərpa olunub.
"Mediabiz.az" xəbər verir ki, telekanal fəaliyyətini əvvəlki qaydada davam etdirir.
***
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb.
"Ölkə.Az"ın məlumatına görə, N.Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib.
“Bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz arasında həll edəcək. Telekanalın maliyyə borcu var. Qanunvericiliyə görə, telekanal 30 gün müddətində ard-arda, yaxud da il ərzində fasilələrlə 60 gün müddətində yayımlanmasa, Şura tərəfindən onun yayımının dayandırılması məsələsinə baxıla bilər. Belə olan zaman biz telekanalın yayımını dayandıra bilərik. Bu, texniki məsələdir. Texniki məsələ olduğuna görə telekanalın yayımı Teleradio İstehsalat Birliyi tərəfindən dayandırılıb. Bizim tərəfimizdən kanalın yayımının dayandırılması barədə qərar verilməyib. Məsələ həllini tapacaq”, - deyə MTRŞ sədri vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR