Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Bakıda yaşayış binalarında koronavirusla bağlı tədbirlər görüləcək - RƏSMİ AÇIQLAMA

Bakıda yaşayış binalarında koronavirusla bağlı tədbirlər görüləcək - RƏSMİ AÇIQLAMA

Tarix: 12-03-2020, 14:57

Gələn həftə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin balansında  olan 11 300 yaşayış binası koronavirusa görə yenidən dezinfeksiya ediləcək.
 
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
 
Qeyd edilib ki, Bakı şəhərində kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə onlara aid olan bina və həyətlərdə dezinfeksiya işlərinin aparılması tapşırğı verilib:
 
"Həmin binaların konkret sayı barədə məlumatımız yoxdur”.
 
"Paytaxtın bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında , Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirilir”,- deyə rəsmi məlumatda qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR