Son Xəbər: Bakıda “Rus evi”nin bağlanmasının səbəbi AÇIQLANDI, Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının müraciətinə CAVAB VERDİ, Ceyhun Bayramov: Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub, Suriyada məsciddə partlayış törədilib, ölənlər və yaralananlar var, Ermənistan vətəndaşlarının məhkəməsi: Davit İşxanyan son söz deyir, Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar, "Valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid anlayışdan istifadə olunması təklifi son oxunuşda qəbul edilib, Yol polisi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib, Türkiyədə Erden Timur da daxil olmaqla 24 nəfər saxlanılıb, Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək,

“Azəriqaz” İB-dən xəbərdarlıq: dələduzlara aldanmayın!

“Azəriqaz” İB-dən xəbərdarlıq: dələduzlara aldanmayın!

Tarix: 13-03-2020, 16:51

Son günlər üzərində “SOCAR” yazılmış xüsusi geyim formasında olan şəxslər mənzillərə daxil olaraq insanlardan pul yığır.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı paytaxtın Nizami rayonu ərazisində yaşayan sakinlər tərəfindən “Azəriqaz” İB-nə çoxsaylı müraciətlər daxil olub.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumatda əhalinin diqqətli olması, dələduzlara aldanmaması xahiş olunur:
“Üzərində “SOCAR” sözü yazılmış xüsusi geyim formasında olan şəxs mənzilləri gəzərək qaz sayğaclarında sızmanın olması, sayğacın qüsurla işləməsi və s. səbəblər irəli sürməklə sayğacın dəyişdirilməsi adı ilə abonentlərdən pul yığır.
“Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və B.Nuriyev küçələrində yaşayan bir neçə nəfər zəng edərək, bu şəxsin onlardan müxtəlif məbləğlərdə - 15, 30 və 50 manat - pul aldıqlarını deyiblər. Məlumat verən vətəndaşlar həmin şəxsin orta boylu, dolu bədənli, gözlərinin çəp olduğunu, özünü “Azəriqaz” İB-nin əməkdaşı İlkin Əsgərov kimi təqdim etdiyini bildiriblər. 
O, əlindəki kitabçaya vətəndaşlardan aldığı pulun məbləği barədə qeydlər aparıb. Bu gün isə həmin dələduz Səbail rayonu ərazisində görünüb. “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi haqqında danışılan dələduzun fotosunu əldə edə bilib. Məlum olub ki, fotoda görünən şəxs bir müddət əvvəl Gəncə şəhəri ərazisində də eyni əməlləri törədib. Gəncə Regional qaz istismarı İdarəsi onu yaxalayaraq polisə təqdim edib. Lakin bir qədər sonra o, yenə eyni əməlləri törətməyə başlayıb. Vətəndaşlara təqdim etdiyi mobil nömrələr isə dələduzluq etdiyi ərazidəki bərbərxana, ayaqqabı təmirxanaları, dərzi sexləri və digər yerlərin üzərində yazılan nömrələr olub. 
“Azəriqaz” İB abonentlərə müraciət edərək belə şəxslərə inanmamağı tövsiyə edir. Bir daha bəyan edirik ki, hər hansı xidmətə görə hətta Birliyin əməkdaşlarının da mənzildə abonentdən vəsait tələb etməsi qanunsuzdur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR