Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

İsrail səfiri Azərbaycandan gedir

İsrail səfiri Azərbaycandan gedir

Tarix: 14-11-2019, 17:47

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İsrailin ölkəmizdəki səfiri Dan Stav ilə görüşüb.
 
Modern.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparıblar.
 
Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini bildirib. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğulayıb. O, Ermənistanın işğalçı siyasəti nəticəsində öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərin doğma torpaqlarına şərəflə geri qayıtmasının vacibliyini vurğulayıb.
 
Tərəflər Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında birgə komissiyanın fəaliyyətinə və 2018-ci ilin 15-16 may tarixlərində keçirilmiş birinci iclasına toxunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
 
Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.
 
Elmar Məmmədyarov səfir Dan Stavın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR