Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Azərbaycan və Türkmənistan iqlim dəyişmələrinin Xəzərin ekosisteminə təsirini birgə öyrənəcək

Azərbaycan və Türkmənistan iqlim dəyişmələrinin Xəzərin ekosisteminə təsirini birgə öyrənəcək

Tarix: 14-03-2020, 10:38


"Azərbaycan və Türkmənistan Xəzər dənizinin bioloji müxtəlifliyinin qorunması istiqamətində səylərini artırırlar".

Mediabiz.az  xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı deyib.
Onun sözlərinə görə, bu ilin 11 mart tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol" imzalanıb.
Protokolun məqsədi Xəzər dənizinin bioloji resurslarının ehtiyatlarının elmi tədqiqatı, qorunması və səmərəli istifadəsi sahəsində əməkdaşlığın gücləndirilməsidir:
"Azərbaycan ilə Türkmənistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq əsasən regional səviyyədə "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" (Tehran Konvensiyası) çərçivəsində həyata keçirilirdi. 2017-ci il 8 avqust tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş" ölkələr arasında bu sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasını yaratmışdır. Sözügedən sənədlər Tehran Konvensiyası və onun protokollarından irəli gələn fəaliyyətlərin yerinə yetirilməsinə də dəstək verəcək".
E.Qarabağlı əlavə edib ki, protokol çərçivəsində Xəzər dənizinin bioloji müxtəlifliyinin qorunması üzrə təcrübə və məlumat mübadiləsinin aparılması məqsədilə elmi təşkilatların və sahilyanı mühafizə zonalarının mütəxəssislərinin iştirakı ilə birgə seminar və konfransların keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində iqlim dəyişmələrinin Xəzər dənizinin ekosistemlərinə təsiri və Xəzər dənizi və onun sahilyanı ərazilərində qışlayan quşların növ tərkibi, bioloji və ekoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Nazirlik rəsmisinin sözlərinə görə, protokolun həyata keçirilməsi Azərbaycanla Türkmənistan arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə və ümumilikdə Xəzər dənizi regionunda ekoloji tarazlığın nail olunmasına töhfə verəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR