Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyuldu

Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyuldu

Tarix: 14-03-2020, 11:41

Gürcüstan və Azərbaycan sərhədində xüsusi dəhliz yaradılıb.

Mediabiz.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, dəhliz vasitəsi ilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıda biləcək:
"Ötən gecə saat 01-dən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub. Azərbaycanlıların həmin istiqamətdə, əcnəbi vətəndaşların isə Gürcüstandan ölkəmizə girişinə müvəqqəti qadağa qoyulub. Hazırda sərhəddə hər iki ölkə vətəndaşlarının öz ölkələrinə qayıtması üçün müvəqqəti dəhliz yaradılıb".
N.Allahyarova yük daşımaları haqqında da məlumat verib. O vurğulayıb ki, yük daşımaları üçün də tranzit dəhliz təmin olunub.
Xatırladaq ki, Azərbaycandan Gürcüstana ictimai nəqliyyat Tbilisi, Marneuli və Laqadexi istiqamətində hərəkət edirdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR