Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İdmançılarımızın iştirak edəcəyi Dünya Kuboku da təxirə salındı

İdmançılarımızın iştirak edəcəyi Dünya Kuboku da təxirə salındı

Tarix: 14-03-2020, 13:46


Aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün sambo turnirləri təxirə salınıb.

Mediabiz.az xəbər verir ki, bura Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya Kuboku (20-21 mart), çimərlik sambosu üzrə Kiprin Larnaka şəhərindəki dünya çempionatı (28-29 aprel) və digər yarışlar aiddir.
Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov bunu koronavirus təhlükəsi ilə əlaqələndirib.
Sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyevin saytımıza verdiyi məlumata görə, Dünya Kubokunda Azərbaycanın üç samboçusu – Mehman Məmmədov, Fərid Mikayılov və Mirfəttah Seyidəliyev də iştirak etməli idi.
Qeyd edək ki, daha əvvəl 9-13 aprel tarixlərində Bolqarıstanın Panaqyurişte şəhərində keçirilməli olan yeniyetmə və gənclərin sambo üzrə Avropa çempionatı ləğv olunmuşdu.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR