Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda qəlyan çəkilən kafe və restoranda reyd - FOTOLAR

Bakıda qəlyan çəkilən kafe və restoranda reyd - FOTOLAR

Tarix: 14-03-2020, 16:25

Nazirlər Kabineti Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər və reydlər təşkil edir.

BakuPost.az xəbər verir ki, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, hələ də bəzi kafe və restoranlarda bu hallara rast gəlinir. Belə ki, Səbail rayonunda “Sehirli Çıraq” kafesində, “Ağ ev” restoranında və bəzi digər obyektlərdə reydlər zamanı belə hallar aşkarlanmışdır. Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib.

"Təəssüf ki, bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşların hətta öz işçilərinin və yaxınlarının sağlamlığından daha üstün tutulur. Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdirilir", - məlumatda qeyd olunub.
Bakıda qəlyan çəkilən kafe və restoranda reyd - FOTOLAR




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR