Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Yeni spiker ilk xəbərdarlığını Siyavuş Novruzova edib

Yeni spiker ilk xəbərdarlığını Siyavuş Novruzova edib

Tarix: 14-03-2020, 16:42


Növbədənkənar seçkilər nəticəsində formalaşmış parlamentin martın 13-də baş tutan ilk iclası həm də onunla əlamətdar idi ki, bu iclas həm də yeni sədrin spikerliyi ilə keçirilirdi. 14 il parlamentə rəhbərlik etmiş Oqtay Əsədov və müavinlərinin gözlənilmədən işdən uzaqlaşdırılması və tamamilə yeni tərkibdə sədarətin seçilməsi məclisin ilk iclaslarına ictimai marağı bir qədər də artırmışdı.
Müşahidələr belə deməyə əsas verir ki, Milli Məclisin yeni sədri Sahibə Qafarova elə ilk iclasdaca hamıya çox aydın mesaj verə bilib ki, necə deyərlər, məclisdə əsas söz sahibi o olacaq, heç kimin şıltaqlığına imkan verilməyəcək.Məsələn, xanım Qafarova elə ilk iclasdaca YAP icra katibinin müavini, hakim partiyanın və onun deputat korpusunn əsas rəhbərlərindən biri olan Siyavuş Novruzova xəbərdarlıq etməkdən çəkinməyib. Belə ki, məclisin ilk plenar iclasına kifayət qədər “kefi kök” vəziyyətdə qatılmış S.Novruzov hələ iclas başlamamış yeni və köhnə deputatlarla uca səslə zarafatlaşmağa, yerli-yersiz replikalar atmağa başlayıb. Deputat Nigar Arpadarainin adı çəkiləndə isə o, uca səslə yerindən dillənib: “Ə familiyaya bax eee...”
Görünür S.Novruzovun kefinin həddən artıq yaxşı olması yeni spikerin də diqqətini çəkib. Belə ki, sual vermək üçün söz alan S.Novruzovun mövzudan kənar çıxış etməyə başlamasını görən S.Qafarova sözünü kəsərək ona xəbərdarlıq edib ki, sual vermək üçün söz alıb, mətləbə qayıtsın...

Yeni spiker ilk xəbərdarlığını Siyavuş Novruzova edib




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR