Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Azərbaycan Mərkəzi Bankı vətəndaşları onlayn rejimdə qəbul edəcək

Azərbaycan Mərkəzi Bankı vətəndaşları onlayn rejimdə qəbul edəcək

Tarix: 17-03-2020, 15:53

Baş nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu barədə Anews.az quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib, "Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub.

Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə "Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.

- Yazılı müraciətlər AMB-də quraşdırılmış məktublar qutusuna atıla bilər;

- Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması (012) 493-50-58 nömrəli qaynar xətt və (012) 493-11-22 nömrəli telefon vasitəsilə həyata keçirilir.

- Vətəndaşların "Skype” proqramı üzərindən cbar@cbar.az elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR