Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Milli Məclisin plenar iclasları dayandırıldı

Milli Məclisin plenar iclasları dayandırıldı

Tarix: 17-03-2020, 18:15

Milli Məclisin plenar iclasları dayandırılıb.
 
Mediabiz.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, qanun layihələri prosedura uyğun olaraq əvvəl Milli Məclisin komitələrində müzakirə olunur:
 
"Müzakirə olunduqdan sonra qərar qəbul olunur və layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilir, sonra isə iclasda müzakirəyə çıxarılır. Əgər komitələr hələlik qanun layihələrinin müzakirəsi məsələsini dayandırıbsa, Milli Məclisin plenar iclasının da nə vaxt keçiriləcəyi barədə daha sonra məlumat verəcəyikk. Komitələr nə vaxt işinə başlayacaqsa, ondan sonra plenar iclas təyin olunacaq”.
 
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar Baş nazirin göndərdiyi məktubda əksini tapan təlimatlara uyğun olaraq parlamentin komitə və komissiyalarının iclaslarının bu gündən dayandırıldığını bildirib.APA




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR