Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

ƏFLATUN AMAŞOV: Belə məqamlarda media nümayəndələri daha diqqətli olmalıdır

ƏFLATUN AMAŞOV: Belə məqamlarda media nümayəndələri daha diqqətli olmalıdır

Tarix: 17-03-2020, 22:58

"Jurnalistin işi dünyada və ölkədə baş verən prosesləri cəmiyyətə çatdırmaqdır.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə bir neçə dəfə məlumat yayır. Bu informasiyaların verilməsi önəmlidir. Bir sıra sayt rəhbərləri qeyri-peşəkar ola bilərlər. Amma onlar da cəmiyyətin, insanların psixoloji durumunu nəzərə almalı və Operativ Qərargahın məlumatlarına istinad etməlidirlər".
Bu sözləri Redaktor.az-a danışarkən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, virusla bağlı məsələ yeni gündəmə gələndə, əksəriyyət kimdənsə eşitdiyi, yoxlanılmamış məlumatları, müəyyən səs yazılarını yayımlayırdı:
"Daha sonra məsələ ciddiləşdi və Operativ Qərərgah yaradıldıqdan  sonra, Qərargahın məlumatlarına istinad etməyə başladılar. Hazırda sosial izolyasiya həyata keçirilir, monitorinqlər aparılır. Azərbaycan mediası koronavirusla bağlı ÜST-ün və Operativ Qərargahın məlumatları, göstəriş və tövsiyyələrinə əsaslanan xəbərləri verir". 
Sədr qeyd edib ki, məsələnin ciddiliyini Azərbaycan mediası kifayət qədər yaxşı qiymətləndirir, ona görə də Operativ Qərargahın məlumatlarına əsaslanır:
"İnsanlar virusla bağlı təşviş içərisindədir, özlərini, ailələrini necə qoruya biləcəkləri barədə narahatlıq keçirirlər. Buna görə də onlar birbaşa mediyaya üz tuturlar. Cəmiyyətə real vəziyyət aşılanmalıdır. Həssas zamanlarda əsas məsuliyyət medianın və jurnalistlərin üzərinə düşür. Belə məqamlarda media nümayəndələri daha diqqətli olmalı, informasiyanı rəsmi məlumatlar əsasında yaymalıdırlar".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR