Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Tələbələr Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Tələbələr Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Tarix: 18-03-2020, 17:01

Mübariz Mənsimovun təhsil haqqlarını ödədiyi tələbələr dəstək olmaq üçün məktub yazıblar.
 
Anews.az həmin məktubu təqdim edir: 
 
Bu  müraciət məktubu bugünə qədər "Palmali Şirkətlər qrupu"nun təqaüd verdiyi və xaricdə təhsil alan yüzlərlə tələbələr adından, hər zaman təhsilə  yüksək qiymət verən Mübariz Mənsimova bu çətin günündə dəstək olmaq məqsədilə yazılır:


Mübariz Mənsimov bütün sahələrdə köməyə ehtiyacı olan həmvətənlərinə hər zaman dəstək olmaqda qərarlı idi. Bu sahələrin başında isə təhsil ve eğitim gəlirdi. Mübariz müəllim yaxşı dərk edirdi ki, XXI əsrdə bir dövlətin mövcudluğu və müqəddəratı onun təhsilindən asılıdır. Təhsil millətin və Dövlətin gələcəyinin təminatıdır. Məhz bu səbəbdən xüsusuilə Türkiyədə və bir çox ölkələrdə yaşayan tələbələrə təmənnasız təqaüdlər verilməsini təmin edirdi.
 
Bundan əlavə təhsilini bitirdikdən sonra bir sıra tələbələrə Amerika və bir sıra Avropa ölkələrində təhsilini davam ettdirməyə şərait yaradırdı.
Biz tələbələrə görüşdə Mübariz Mənsimov hər zaman özünün keyfiyyətli, istədiyi kimi təhsil ala bilməməsindən şikayətlənirdi. Bu onun üçün ən böyük xəyal qırıqlıqlarından biri idi. Hətta geriyə dönə bilsəm edəcəyim ilk şey yaxşı təhsil almaq olardı deyirdi.
 
Mübariz Bəy bizim də eyni peşmançılıqları yaşamamağımız üçün  bizim təhsil həyatımızda kənar işlərlə deyil yalnız təhsil almağımızla məşğul olmağımızı istəyirdi. Bir yandan xarici ölkədə valideyn himayəsindən uzaqda, digər yandan maddi və mənəvi əlindən gələn heçnəyi əsirgəmirdi. Boş zamanlarında tələbələrin "Palmali şirkətlər qrupu"nda təcrübə keçməyə və sonda işlə təmin olunmasına şərait yaradırdı.


Mübariz Mənsimov özəl günlərdə , bayramlarda tələbələrə xüsusui diqqət ayırırdı. Bayram günlərində vətənindən və doğmalarından uzaqda olan gənclər üçün bayram süfrələri açır və tədbirlər həyata keçirirdi. Hətta son keçirdiyi əməliyyatdan öncədə Novruz bayramının keçirilməsi üçün göstəriş vermiş ancaq məlum virusun yayılması səbəbindən tədbir təxirə salınmışdı.


Sonda qeyd etmək istəyirik ki bizdə Azərbaycanın Qeyrətli oğlü Mübariz Mənsimovun dediyi kimi Tükr hüquq siteminin ədalətinə və adil olmasına sonsuz güvənirik.  Biz Mübarizik.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR