Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib" - AÇIQLAMA

"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib" - AÇIQLAMA

Tarix: 15-11-2019, 09:41

"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib".
Lent.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan azərbaycanlı Həbib Müntəzir öz “Facebook” profilində paylaşıb. O, paylaşdığı məlumatda bu gecə bir təyyarə, yəni 140 nəfər insanın Almaniyadan Bakıya deport edildiyini qeyd edib. Onun sözlərinə görə, deport edilən şəxslər artıq Bakıdadır və onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşılanaraq sorğu-sual edilib və sonra buraxılıb. Həmçinin Həbib Müntəzir deportasiyanın davam edəcəyini bildirib.
Qeyd edək ki, son iki gün ərzində Almaniyadan 12 azərbaycanlının deportasiya olunduğu bildirilirdi. Onların arasında aşağıdakı insanların olduğu bildirilir:
Geseke şəhərindən Mütəllimov Əfran
Mütəllimova Ülviyyə
Achen şəhərindən müsavatçı Toğrul Məmmədov
Hamm şəhərindən Azər Əliyev, yoldaşı və iki uşağı.
Bavariyadan Davudov İmran və ailəsi
Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR