Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ərdoğana gözyaşları içərisində müraciət: ''Prezidentim, qurtar bizi" - GÖRÜNTÜLƏR

Ərdoğana gözyaşları içərisində müraciət: ''Prezidentim, qurtar bizi" - GÖRÜNTÜLƏR

Tarix: 19-03-2020, 12:42

Səudiyyə Ərəbistanında karantində olan bir yaşlı bir ziyarətçi, Ərdoğana müraciət ünvanlayıb.

Mediabiz.az xəbər verir ki, Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gedən və adını açıqlamayan Türkiyə vətəndaşı, onları Səudiyyə səlahiyyətlilərinin koronavirus şübhəsi ilə otaqlara bağlandığını və yemək və su verilmədiyini söyləyib.
Onun sosial mediada paylaşdığı videoda "Bizi otaqlara bağladılar. Çörək, su yoxdur.Yeməkxanalar bağlanıb. Bizi xilas edin, cənab prezident" deyir. Ümrə ziyarətçisi deyir ki, onlara orada cüzamlı xəstə kimi davranırlar.
" Mən təzyiq xəstəsiyəm hörmətli prezidentim. Dərmanlarının bitdi mən nə edəcəyəm? Türkiyə Cumhuriyyəti vətəndaşını qurtaracaq qədər güclüdür, qurtar bizi hörmətli prezidentim. Öləcəyiksə, ölkəmizdə ölək. Müalicə olunacağıqsa, gəlin ölkəmizdə olaq.
Biz burada ölüm gözləyən məhbuslara oxşayırıq. Nə olar, prezidentim bizi buradan qurtar. " - deyə gözyaşı töküb.
Həmin görüntüləri təqdim edirik.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR