Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Avtomobil bazarında qiymətlər artacaq

Avtomobil bazarında qiymətlər artacaq

Tarix: 19-03-2020, 18:11

"Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər 5 faiz bahalaşacaq”.

Bunu Bizimyol.info-ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər bildirib.

Ekspert deyib ki, avtomobil bazarında növbəti aylarda tələb və təklif artacaq: "Qiymət artımı ikinci əl avtomobil bazarında mövsümi xarakter daşıyır. Aprelin ortalarından bu artımı hiss edəcəyik”.

E.Cəfərin sözlərinə görə, aprel ayından başlayan qiymət artımı bu ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi devalvasiya ehtimalını artırır. Belə olan halda idxal olunan avtomobillərin qiymətində bahalaşma gözlənilən həddən çox ola bilər.

Həmçinin böyük avtomobil markaları istehsal həcmlərini azaldırlar. Artıq "Toyota” və BMW Böyük Britaniyada istehsalı dayandırıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR