Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

General Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - TƏCİLİ

General Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - TƏCİLİ

Tarix: 20-03-2020, 08:57

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Pravda.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Novruz” bayramı müna­sibə­tilə Azərbaycan xalqına ünvanladığı təbrik sözləri şəxsi heyətə çatdırılıb, təmas xəttində döyüş mövqelə­rində xidmətdə olan hər­bi qulluq­çu­lar bu bayram münasibətilə şəxsən təbrik edilib, hər bir sər­həd­çiyə bay­ram sovqatları təqdim olunub.

Səfər çərçivəsində xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması üzrə verilmiş tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılmış, zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərə, hərbi qulluqçuların xidməti və ya­şayış şərait­lə­rinə baxış ke­çirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxu­nul­­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqa­mətin­də zəruri göstərişlər verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR