Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Bakıda dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib - FOTO

Bakıda dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib - FOTO

Tarix: 21-03-2020, 11:58


Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
APA-nın məlumatına görə, paytaxtda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər.
Kommunal xidmətlər tərəfindən yaşayış ərazilərində görülən işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən ictimai iaşə və ticarət mərkəzlərində, bazarlarda, mollarda müvafiq işlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.
Bununla əlaqədar xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq paytaxt rayonlarında çatışmazlıqları, pozuntuları müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR