Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb

Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb

Tarix: 21-03-2020, 12:39

Boris Yeltsinin şəxsi fotoqrafı Dmitri Donskoy Rusiyanın ilk prezidentinin Çeçenistanda “iztirablı” fotosunun sirrini açıb.
Lenta.ru-nun məlumatına görə, bu barədə fotoqraf-jurnalist özünün “Telegram” kanalında xəbər verib.
“Çeçenistanda bir kənddə tankın üstünə çıxdım. Güclü obyektiv götürdüm, Babaya yönəltdim. O, əsgərlərlə danışırdı. Görürəm ki, Babanın üzünə yekə bir ağcaqanad qonub, …onun qanını içir. Baba reaksiya vermir. Düşünürəm ki, görəsən onu nə vaxt vuracaq? Sonra əlinin kölgəsini gördüm, dərhal düyməyə basdım! Effekti isə belə oldu – qoşunlar Çeçenistanı tərk edərkən Yeltsin “iztirab çəkir”, ovucu ilə üzünü örtür”, - deyə o bildirib.
Donskoy əvvəlcə bu şəkildə elə bir potensial görmədiyini vurğulayıb: “Seryoja Quneyev (fotoqraf) şəkli görüb əlləri ilə başını tutdu: “Sən axmaqsan? Dərhal müsabiqəyə göndər!” Mən rədd etdim: “Yaxşı görək...” Beləliklə, o özü kəsdi, rəsmiləşdirdi, göndərdi. Mənə bir medal və 11 min dollar (18700 AZN) gətirdi”, - deyə fotoqraf bildirib.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR