Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Tarix: 21-03-2020, 13:20


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz görə, martın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturugecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR