Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Xameneidən ABŞ-a: “Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız”

Xameneidən ABŞ-a: “Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız”

Tarix: 23-03-2020, 15:02


İranın Ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin yeni tip koronavirusla mübarizə mövzusunda ABŞ rəhbərliyinin yardım təklifini qəbul etmədiyini açıqlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“ABŞ rəhbərliyi yalançı, tamahkar, şarlatan, mərhəmətsiz və terrorçudur. Nə qədər pis sifət varsa, hamısı onlarda mövcuddur. Amerikalılar dəfələrlə “bizdən istəyin, İrana dərman və müalicə ilə bağlı yardıma hazırıq” təklifi etdilər. Bu, maraqlı açıqlamadır.

Əvvəla, siz öz dərdinizə çarə tapın. Əgər əlinizdə varsa, özünüz üçün istifadə edin. Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız. Bunun doğru olub-olmadığını bilmirəm, ancaq belə bir iddiadan söhbət getdiyi halda, hansı məntiqin sahibi sizin verdiyiniz dərmanlara etibar edər?

Dərmanınız xəstəliyi daha da artıra bilər və ya qalıcı hala çevirə bilər. Sizin buraya həkim olaraq göndərəcəyiniz şəxslər istehsal etdikləri zəhərin təsirlərini yaxından görmək üçün gələcək. Deyilənə görə, virus iranlıların genetikasına uyğun şəkildə istehsal edilib”, - Xamenei bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR