Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO

Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO

Tarix: 23-03-2020, 15:23


“Sözügedən ağaclar Şəhidlər Xiyabanında 8-10 il bundan öncə əkilib və onlara mütəmadi qulluq olunur”.
Bunu Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov sosial şəbəkədə Şəhidlər Xiyabanından paylaşılan videogörüntülərə münasibət bildirərkən deyib. 
O bildirib ki, Şəhidlər Xiyabanının ərazisi genişdir:
“Şəhidlər Xiyabanı bir neçə hissədən ibarətdir. Həmin hissələri yaşıllıqlarla ayıraraq, canlı çəpər yaratmışıq. Ərazidə dekorativ ağaclardan istifadə olunub. Qeyd edim ki, həmin ağaclar 8-10 il bundan əvvəl Xiyabanın layihəsinə uyğun şəkildə əkilib. Təəssüf edirəm ki, bəzi vətəndaşlar 10 il bundan əvvəl görülən işi indi görür və maraqlanırlar. 
Ərazidə yaradılan yaşıllıqlar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır”.
Xatırladaq ki, sosial şəbəkədə Şəhidlər Xiyabanında şam ağaclarının əkildiyinə dair video yayılıb. Videoda əkilən ağacların şəhid məzarlarının qarşısını kəsməsinə etiraz edilib.



'https://player.baku.tv/embed/16044




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR