Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Türkiyədə nazir gənclərə səsləndi: RİSKİ EVİNİZƏ DAŞIMAYIN!

Türkiyədə nazir gənclərə səsləndi: RİSKİ EVİNİZƏ DAŞIMAYIN!

Tarix: 24-03-2020, 11:04

Xəbər verdiyimiz kimi, Türkiyədə son məlumatlara görə, yeni növ koronavirusdan ölənlərin sayı 37 nəfərə çatıb.

Mediabiz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son 24 saatda ölkədə koronavirusa görə test edilən 3 min 672 insanın nəticəsinin məlum olduğunu, 293 yeni yoluxma halı qeydə alındığını deyib.

Nazir xüsusilə gənclərə müraciət edərək onların epidemiyadan sığortalanmadıqlarını bildirib:

"Sosial həyatınıza məhdudiyyət qoyun, riski evinizə daşımayın".

Qeyd edək ki, hazırda Türkiyədə 1529 nəfər yeni növ virusa yoluxub.

Xatırladaq ki, dünya üzrə virusa yoluxanların sayı 381 min 598, ölənlərin sayı 16 min 557-yə çatıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR