Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə Müraciət

“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə Müraciət

Tarix: 24-03-2020, 11:38

Bakı metrosundan istifadə edənlərin sayı əvvəlki günlərə nisbətən azalıb.
Metbuat.az xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, Metropolitenin də "Evdə qal" şüarı var:
"Artıq bir neçə gündür ki, yeni qaydalara görə, regionlardan Bakıya rayon qeydiyyatlı şəxslərin girişi müvəqqəti dayandırılıb və bu da metrodan istifadə edənlərin sayına təsir göstərib. Əlavə olaraq, Azərbaycana gələn turistlərin sayında da azalma müşahidə olunur. Bizim #evdəqal şüarımız var və biz bu şüarla insanları evdə qalmağa dəvət edirik".
B.Məmmədov əlavə edib ki, insanlar arasında məsafəni nə qədər çox saxlasaq, bir o qədər koronavirusa yoluxma riskini azaltmış olarıq:
"Ona görə də tövsiyə olunur ki, metrodan istifadə mümkün qədər az olsun".
Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Rejim qaydalarına uyğun olaraq sərnişinlərə metrodan istifadənin minimuma endirilməsi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR