Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

“Meyvəli” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat ayırdı

“Meyvəli” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat ayırdı

Tarix: 24-03-2020, 13:07


Meyvə-tərəvəzlərin topdan və pərakəndə satışı sahəsində müasir standartlara cavab verən “Meyvəli” MMC korporativ sosial məsuliyyət çərçivəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. “Qafqazinfo”nun məlumatına görə, “Meyvəli” MMC Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat məbləğində vəsait ayırıb.

Şirkətin baş direktoru Əbülfət Qocayev bildirib ki, MMC koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirini məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini daim dəstəkləyir. Direktor onu da əlavə edib ki, virusa yoluxma hallarının qarşısını almaq məqsədilə “Meyvəli” MMC-nin ərazisində mütəmadi olaraq dezinfeksiya işləri davam etdirilir və profilaktik tədbirlər görülür.

Meyvəli MMC-nin əsas yaranma məqsədi ölkə əhalisinin tələblərinə cavab verməklə yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istiqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şərait yaratmışdır.

Meyvəli nəinki regionda və hətta MDB məkanında analoqu olmayan meyvə-tərəvəz bazası olmaqla ölkənin inkişaf tempinə öz dəstəyi və əhalinin rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından da öz əvəzedilməz tövhəsini vermişdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR