Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda ən çox işsiz əhalisi olan şəhər və rayonlar- TOP-10

Azərbaycanda ən çox işsiz əhalisi olan şəhər və rayonlar- TOP-10

Tarix: 24-03-2020, 15:49

2020-ci ilin mart ayının 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsizlərin sayı 90 min 779 nəfərdir.
İşsiz şəxslərdən cəmi 501 nəfəri işsizlikdən sığorta ödənişi alır. İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbləği 338,9 manatdır.
Mediabiz.az  ən çox işsiz əhalisi olan şəhərlərin, rayonların ilk 10-luğunu hazırlayıb.
Ən çox işsiz şəxs Bakı şəhərindədir – 27 min 454 nəfər. Sumqayıt şəhəri üzrə isə 5 726 nəfər işsiz var.
Şəmkir rayonunda 4 120 işsiz qeydə alınıb. Gəncə şəhərində 2 366 işsiz var. Ağdam rayonu siyahıda beşinci yerdə qərarlaşıb – 2 128 nəfər.
Gədəbəy rayonu üzrə işsizlərin sayı 1 973 nəfərdir. Mingəçevir ən çox işsizi olan bölgələrin siyahısındadır. Son rəsmi məlumatlara görə, bu şəhərdə 1 948 işsiz qeydiyyatdadır.
Abşeron rayonunda qeydə alınan işsizlərin sayı 1 927 nəfərdir. Salyan rayonunda 1 826 nəfər işsiz qeydiyyata alınıb. Bərdə rayonunda 1 754 işsiz yaşayır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR