Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama

İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama

Tarix: 28-03-2020, 13:21

"Təbii ki, işləyən insanları hamı başa düşür. Kimlərə ki, icazə verilib, onların işləməsi vacibdir. Həyati əhəmiyyətli müəssisələrdə çalışır, onların işləməsində problem yoxdur”. 

Anews.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O qeyd edib ki, nümunəvi addım kimi bir çox dövlət qurumları əmək haqqı ödəməklə işçilərini məzuniyyətə buraxıb:

"İstehsal müəssisələri və yük daşımalarının fəaliyyətinə məhdudiyyət qoyulmayıb.  Söhbət insanların fərdi məsuliyyətindən gedir. Ancaq insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meyilli deyil. Ehtiyac olmadığı hallarda da küçəyə çıxır, bir yerdə toplaşırlar. 

Qaydaları sərtləşdirmək olar, ancaq Operativ Qərargah güman edir ki, insanlar real situasiyanı gördükcə fərdi məsuliyyətlərini dərk edəcək”. 

İ. Məmmədov onu da vurğulayıb ki, hökumət qaydaları daha da sərtləşdirməyə hazırdır: "Hətta fövqəladə halın tətbiqinə qədər istisna olunmur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR