Son Xəbər: Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək, İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib, Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub, Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir, Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib, Qurbanqulu Berdiməhəmmədov İƏT-in Zirvə görüşünün Xankəndidə uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB, Ermənistan Prezidenti ətraf mühit nazirini vəzifəsindən azad edib, İstanbulda atışma olub, yaralananlar var, Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB,

Metrodakı sıxlıqla bağlı AÇIQLAMA

Metrodakı sıxlıqla bağlı AÇIQLAMA

Tarix: 30-03-2020, 15:35

"Hazırda gün ərzində metropolitendən istifadə edənlərin ümumi sayı ən sıx metrostansiyamız olan "28 May”ın bir gündə daşıdığı sərnişindən xeyli azdır”.

Bu sözləri Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov REAL TV-ə müsahibəsində deyib. O bildirib ki, metropolitenin iş vaxtında dəyişiklik olsa da, qatarların intervalında hər hansı bir dəyişiklik edilməyib:

"Bildiyimiz kimi, martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək, səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib. 1 stansiyadan gün ərzində 48 qatar keçir. Hər bir qatarın sərnişin tutumu 1500 nəfərdir. Riyazi hesablamalar aparsaq, görərik ki, sərnişinlərimiz gün ərzində qeyd olunmuş ara məsafəsini saxlamaqla metrodan istifadə edə bilərlər. Əfsuslar olsun ki, istər dünən, istərsə də bu gün kadra alınmış fotolardan da göründüyü kimi, səhər metronun açılmasını gözləyən vətəndaşlar səpələnərək bunu edə biləcəkləri halda dar bir məkanda yığışıb. Onların ara məsafəsini gözləyərək platformaya daxil olması üçün hər bir şərait yaradılıb. Bizim kimi sərnişinlərimizin də üzərinə düşən öhdəliklər var. Dəfələrlə tövsiyəmiz olub ki, evdə qal prinsipinə birmənalı riayət etməliyik. Yalnız xüsusi zərurət yarandıqda metrodan istifadə etməliyik. Çünki yeraltı, qapalı şəraitdə fəaliyyət göstərən nəqliyyat vasitəsidir. Baxmayaraq ki, dezinfeksiya işləri daha da intensivləşib, ancaq virusun yayılması üçün burada münbit şərait var”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR