Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı

İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı

Tarix: 30-03-2020, 23:21

Hər dövrün olduğu kimi, COVID-19 günlərinin də öz qəhrəmanları var.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlardan biri İsrailin Netanya şəhərində yaşayan yəhudi əsilli həmyerlimiz Sara Mirzəyevadır.
“İsrael Hayom” qəzetinin yazdığına görə, şəhərin “Magen David Adom” təcili yardım xidmətində beş ildir çalışan Sara Mirzəyeva hər gün koronavirusa yoluxmuş xəstələrə yardım edir.
Həmyerlimizi COVID-19-la mübarizənin qəhrəmanı adlandıran qəzetin “Koronavirus qorxusunun öhdəsindən necə gəlirsiniz?” sualına cavabında S.Mirzəyeva deyib ki, tibb sahəsi həmişə təhlükə ilə üz-üzədir:
“Qorxu vəziyyətində insanın təbiəti ikiyə bölünür. Qorxu onu ya susdurur, ya da ona güc verir. Əvvəlcədən edə bilmədiyin hərəkətləri yerinə yetirmək üçün həmin qüvvə böyük impulsa çevrilir. Tibb aləmi həmişə təhlükə ilə üz-üzədir. Bu, əvvəlcədən bilmədiyin və nəzərə almadığın bir şey deyil”.
S.Mirzəyeva qeyd edib ki, ixtisasını seçəndə bütün çətinlikləri nəzərə alıb və xalqa xidmət borcunun öhdəsindən yetərincə, şərəflə gələcəyinə əmin olduqdan sonra qərarını verib:
“İşimin öhdəsindən lazımınca gəlmək üçün daim oxumalı, öyrənməli, araşdırmalı olduğumu da bilirəm. Bütün bunlar mənə güc verir. Həyat gözəldir! İnsanları sevərək, yardım edərək yaşamalıyıq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR