Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı

Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı

Tarix: 31-03-2020, 16:56

“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. 
Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu hesab edirəm ki, şərəflə yerinə yetirirlər. Mənim sərəncamımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyondan çox vəsait daxil edilib. Bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb. 
Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir. Bu məsələ ilə bağlı sahibkarlar həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışı nəzərə alınacaq. Eyni zamanda aydındır ki, bir çox sahələr 40 mindən çox sahibkarlıq subyekti demək olar ki fəaliyyət göstərmir. Yaxud da ki, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara köməklik göstərməlidir. Ona görə göstəriş verilib ki, sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı nəzərə alınsın. Eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilib. Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR