Son Xəbər: Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür, Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib,

Dünən 3 nəfər məsuliyyətə cəlb edilib, 382 maşın geri qaytarılıb

Dünən 3 nəfər məsuliyyətə cəlb edilib, 382 maşın geri qaytarılıb

Tarix: 1-04-2020, 11:58

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında martın 31-i  saat 08:00-dan aprelin 1-i saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən yoxlamalar aparılıb. 
“Qafqazinfo”nun Baş Dövlət Yol Polisi İdarəsinə istinadən verdiyi xəbərə görə, həmin müddətdə Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      
Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsi geri qaytarılıb.  
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      
Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.
Martın 19-dan aprelin 1-dək  8579 nəqliyyat vasitəsinin rayon, martın 24-dən aprelin 1-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.       
Ümumilikdə bu günədək 14 618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR