Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi

Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi

Tarix: 2-04-2020, 23:12

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 nömrəsinə müraciətlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O, xəbərdarlığında 8103 SMS nömrəsinə yanlış məlumatlar verənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlarını xatırladıb:
“Vətəndaşlar bu SMS xidmətinə bilərəkdən yanlış məlumatlar vermək, aidiyyatı olmayan məzmunlu SMS-lər göndərməkdən çəkinsinlər. Çünki bu sistemin arxasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunur. Ona görə də sui-istifadə halları müəyyən edilərsə, hüquq-mühafizə orqanlarına bu barədə məlumat veriləcək. Çünki bu, karantin rejiminin qaydalarının pozulması deməkdir. Ona görə də bu, inzibati və cinayət məsuliyyətinə səbəb olacaq hallardır”.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR