Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azərbaycan səfirliyindən Tiqran Balayana “xoş gəldin” mesajı - Foto

Azərbaycan səfirliyindən Tiqran Balayana “xoş gəldin” mesajı - Foto

Tarix: 7-09-2023, 10:20

Ermənistanın Belçikadakı səfiri və bu ölkənin Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri Tiqran Balayan Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin “X”dakı səhifəsini izləməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi “X” sosial şəbəkəsində maraqlı paylaşım edib.

“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, iki gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Tiqran Balayan sözügedən ölkənin Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri təyin edilib.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR