Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Azərbaycanın bu şəhərində spirt, maska, ərzaq sakinlərin ayağına gəlir - FOTOLAR

Azərbaycanın bu şəhərində spirt, maska, ərzaq sakinlərin ayağına gəlir - FOTOLAR

Tarix: 3-04-2020, 11:55

"Evdə qal" aksiyası çərçivəsində polis əməkdaşları həmçinin yaşlı, çoxuşaqlı və aztəminatlı ailələrə baş çəkib, onlara ərzaq yardımları ediblər

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Masallı rayonunda da davam etdirilir.

 Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatik söhbətlər apararaq yaşadıqları ünvana qaytarırlar. Bir daha izah edirlər ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Bu gün də reyd zamanı polislər küçələrdə sakinləri saxlayaraq qaydalara əməl etmələrini rica edib, aptekə gedənləri isə spirt və tibbi maska ilə təmin ediblər.
"Evdə qal" aksiyası çərçivəsində polis əməkdaşları həmçinin yaşlı, çoxuşaqlı və aztəminatlı ailələrə baş çəkib, onlara ərzaq yardımları ediblər. Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri isə şəhər ərazisində bir qrup sakinə tibbi maska və spirt paylayıb, gigiyena qaydalarına riayət olunmasının vacibliyini çatdırıblar.
Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməkə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq Masallı rayonu ərazisində qurulmuş postlarda da avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.(Sputnik Azərbaycan)












RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR