Son Xəbər: Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub,

“Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var” - Hikmət Hacıyev

“Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var” - Hikmət Hacıyev

Tarix: 14-09-2023, 10:30

“Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrində gedən məqaləsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərini Laçından daha yaxın və sürətli keçidi təmin edən yollarla ərzaq, dərman və daha çox məhsulla təmin etməyi təklif edib:

“Azərbaycanın təklif etdiyi quru marşrutları Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyat qabiliyyətli və istifadəyə yararlı kimi qəbul edilir və məhz bu həftə ABŞ-ın dövlət katibi Antoni Blinken hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırıb. Amma beynəlxalq mediada yazılanlar fərqli bir şeyi təmsil edir.

Qonşu Azərbaycanda yaşayan etnik erməniləri vahid monoetnik marşrutla yalnız Ermənistanın təmin etməsi fikri nədənsə bir növ beynəlxalq ictimaiyyət və media üçün məqbuldur.

Bizə deyirlər ki, bu münaqişə digərlərindən fərqlidir, ermənilər bizim tariximizə görə azərbaycanlılarla eyni ölkədə yan-yana yaşaya bilməzlər. Ancaq həm keçmişimiz, həm də bu günümüz bizə bunun sadəcə olaraq doğru olmadığını öyrədir.

1990-cı illərin müharibəsinə qədər Qarabağda azərbaycanlılarla etnik ermənilər birlikdə, çiyin-çiyinə, sülh şəraitində yaşayırdılar. Bu gün Azərbaycanda 30 min nəfərlik yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür.

Gürcülər, ruslar, ukraynalılar hamısı bugünkü çoxmillətli və çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də şamil edilə bilər və olmalıdır. Lakin Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR