Son Xəbər: Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar, "Valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid anlayışdan istifadə olunması təklifi son oxunuşda qəbul edilib, Yol polisi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib, Türkiyədə Erden Timur da daxil olmaqla 24 nəfər saxlanılıb, Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir,

Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI

Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI

Tarix: 3-04-2020, 16:18

Koronavirusa yoluxma təhlükəsi hər yerdə var. Bəzən heç ağlımıza gəlməyən vasitələrlə də yoluxmaq olar. Karantin günlərində işləməsinə icazə verilənlər arasında KİV nümayəndələri də var. Həmkarlarımız koronavirus təhlükəsindən uzaq qalmaq üçün hər kiçik görünən məqama diqqət etməlidir. Məsələn, gündəlik işlətdiyimiz mikrofonlar da yoluxmaya səbəb ola bilər.
Ölkənin baş infeksionisti Cəlal İsayevLent.az-a bildirib ki, xəstə bir insan mikrofona danışarsa, qulpuna toxunarsa virusları ötürə bilər: “Məsələn, virusa yoluxan bir adam mikrofona danışır. Onun ağzından çıxan damcılarda olan koronavirus mikrofana yapışa bilər. Həmin mikrofon ağıza toxunarsa, kimsə ona əlini vurduqdan sonra üz-gözünə sürtərsə, virusa yoluxa bilər.
Həmin mikrofonu danışması üçün ikinci adama tutanda da təhlükəli ola bilər”.
Həkimin sözlərinə görə, mikrofonu dezinfeksiya etmək, yuyub təmizləmək onun keyfiyyətinə təsir edəcəyi üçün bu günlərdə ondan istifadə edilməməsi daha yaxşı olar: “Mikrofonda olan virusları yox etmək üçün gərək onu bir neçə gün 50 dərəcədən yuxarı temperaturda saxlayasan”.
Baş infeksionist bir daha vurğulayıb ki, üzbəüz danışanda ağzımızdan çıxan damcılar 1,5 metr məsafəyə qədər gedə bilər: “Asqırıb-öskürəndə isə ağızdan çıxan damçılar 3 metrə kimi yayıla bilir. Ona görə də 1,5 metr məsafədən yaxın olanda yoluxdurma ehtimalı daha çox olur, məsafə çoxaldıqca ehtimal aşağı düşür. Maska taxıb danışdıqda isə yoluxma ehtimalı qat-qat aşağı düşür”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR