Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 3-04-2020, 22:17

“Koronavirus gözlənilməyən bəladır. Dövlət də hər bir addımı atır ki, bunun qarşısı alınsın. Bu elə bir bəladır ki, özü ilə başqa bir problemi gətirir. Çox qorxuducu məqamdır”.  

Mediabiz.az-ın məlumatına görə, bunu Real TV-yə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu günləri az ağrılı keçirmək üçün maliyyə imkanlarımız var:
“Dövlət bu məsələ ilə bağlı hər şey edir və edəcək də. Prezident İlham Əliyevin koronavirus pandemiyası il bağlı imzaladığı sərəncamında əsas məqam odur ki, həm insanların təhlükəsizliyi təmin olunmalı, həm də mümkün qədər iqtisadi fəaliyyət olmalıdır. Eyni zamanda, sosial layihələr dayanmamalı, iqtisadiyyatın əziyyət çəkən sektorlarının itkiləri minimallaşdırılmalı və dəstək verilməlidir”.
İ.Məmmədov qeyd edib ki, yaxın günlərdə sosial məsələlərlə də bağlı qərar açıqlanacaq. 
Qurumun rəsmisi tibbi maskaların çatışmazlığından da danışıb. O bildirib ki, Azərbaycanda tibbi maska qıtlığı var:
“Maska yoxdur demək doğru deyil. Tibbi maska qıtlığı bütün dünyada var. Çünki hazırda maskaya tələbat yüksəkdir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR