Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Tarix: 30-09-2023, 10:25

Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - yaşıl enerji zonası” Beynəlxalq Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişiklikləri sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Unikal"a  bildirilib ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərində noyabr ayının sonunda keçiriləcək İqlim Dəyişiklikləri üzrə 28-ci Konfrans (COP28) ərəfəsində birgə fəaliyyət istiqamətləri, “yaşıl” inkişafa keçid perspektivləri, Paris Sazişi ilə bağlı məqsədlərə nail olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Azərbaycanın COP28-də ölkə pavilyonu ilə iştirakının nəzərdə tutulduğu qonaq tərəfindən yüksək qiymətləndirilib.


BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR