Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Xüsusi Karantin rejimi ilə bağlı hər kəsi maraqlandıran AÇIQLMA

Xüsusi Karantin rejimi ilə bağlı hər kəsi maraqlandıran AÇIQLMA

Tarix: 4-04-2020, 20:08

Karantin rejimində iş icazəsi olan və ya fərdi icazə ilə yaşadığı yeri tərk edən şəxsin öz avtomobilindən istifadəsinə hər hansı məhdudiyyət yoxdur. Hətta nəqliyyata ehtiyac olanda fərdi avtomobil daha təhlükəsizdir.
Mediabiz.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, nə vəsiqə və ya arayışla, nə qeydiyyatla iş icazəsi olanların, nə də fərdi icazə ilə yaşadığı yeri tərk edənlərin öz avtomobillərini qeydiyyata aldırması məcburi deyil.

"İş icazəsi üçün qeydiyyatda avtomobilin qeydiyyatı pəncərəsi olsa da, bu, məcburi deyil. Çünki Nazirlər Kabinetinin və Operativ Qərargahın heç bir qərarında fərdi avtomobillərin hərəkətinə aid xüsusi göstəriş yoxdur. Bu da təbiidir, çünki karantin avtomobillərə yox, insanlara tətbiq olunub.

Ona görə də iş icazəsi olan istənilən şəxs (vəkil, həkim, KİV əməkdaşı, polis işçisi, marketin kassiri və s.) idarə etməyə hüququ olan istənilən avtomobillə hərəkət edə bilər.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə kameralar vasitəsilə məsuliyyətə cəlb etmə nəzərdə tutulmur. Hər hansı avtomobil dayandırıldıqdan sonra onun sürücüsünün və ya sərnişininin karantin rejimini pozduğu aydın olarsa, yalnız bundan sonra həmin rejimə nəzarət edən polis əməkdaşı İXM-in 211-ci maddəsi üzrə məsuliyyəti sənədləşdirə bilər", - deyə ekspert vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR