Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Tarix: 7-04-2020, 16:30


Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR