Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Saxta ittihamla həbs olunan, güllələnən Azərbaycan aktyoru

Saxta ittihamla həbs olunan, güllələnən Azərbaycan aktyoru

Tarix: 16-11-2019, 11:37

Bu gün Abbas Mirzə Şərifzadənin ölüm günüdür. Yazıram və özümə də qəribə gəlir – onun ölüm günü haradan bəlli oldu ki...
1937-38-ci illərin repressiyasına düşənlərin hansı gün, harada, sorğu-sualsız, məhkəməsiz-qanunsuz qətlə yetirildikləri bəllidirmi..?
Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub.
Atası Mirzə Rəsul Şərifzadə müəllim olub. Anası Mələk-Nisə erkən vəfat edib. Mirzə Rəsul həyat yoldaşının vəfatından sonra ikinci dəfə Fərruxbəyim adlı bir qadınla ailə qurub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırdı. Həm də Mirzə Rəsul teatrla, mədəniyyətlə bağlı adam idi.
1895-ci ildə Şərifzadə ailəsi Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Bakıya köçmək məcburiyyətində qalmışdı. İlk təhsilini evdə atasından alan Abbas Mirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar (rus-türk) məktəbinə daxil olub. 1906-cı ildə Şərifzadə Bakıda III Aleksandr adına ilk kişi gimnaziyasının hazırlıq sinfinə qəbul edilir. Gimnaziyaya yenicə daxil olan Şərifzadə tədbirlərin birində müəlliminə yaxınlaşıb, şeir demək istədiyini bildirib. Müəllim onun sözünü yerə salmayıb. Səhnəyə çıxan Şərifzadə əvvəlcə çaşsa da, özünü toplayıb, Lermontovun "Şairin ölümü" şeirini şövqlə ifa edib. Sonralar özü bu haqda deyirmiş:
"Şeiri söyləyəndə elə bilirdim, dilim ağzımda şişib. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmunundaydı. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm".
Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırdı. Günlərin birində də o, "Şəbeh" tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırdı. Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin kulminasiyasında əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyəndə Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. O vaxt onun cəmi 9 yaşı vardı.
1908-ci ildən başlayaraq peşəkar səhnədə oynayan Abbas Mirzə taleyini əbədi teatrla bağladı.
Çox qısa zamandan sonra Şərifzadə Azərbaycan peşəkar teatr sənətinin banisi Hüseyn Ərəblinskinin məktəbinin davamçısı kimi şöhrətləndi.
Abbas Mirzə Şərifzadə 1910-cu ilə qədər "Səfa" və "Nicat" Xeyriyyə Cəmiyyətlərinin teatr truppasında aktyorluq edirdi. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" pyesində baş rolu oynaması A.Şərifzadəyə böyük şöhrət qazandırır. Şeksprin Hamleti, Otellosu, Maqbeti onun ifasında Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb. Bunu Azərbaycan Sovet ensiklopediyası yazır.
Fitri istedadı, mətin xarakteri ilə seçilən aktyor yalnız Azərbaycan aktyorlarının yetişməsində deyil, Türküstanda, İranda, Şimali Qafqazda və digər bölgələrdə də sənətkarların yetişməsinə təsir göstərib.
1913-cü ildən başlayaraq Azərbaycanın müxtəlif bölgələrinə, Orta Asiyaya, Şimali Qafqaza, İrana qastrollara çıxır, tamaşalara rejissorluq edirdi.
Şərifzadə səhnə fəaliyyətinin 30 ili ərzində həm Azərbaycan, həm də dünya dram əsərlərindən onlarla rol oynayıb. İlk növbədə faciə aktyoru kimi tanınıb. Şərifzadə yaradıcılığının zirvəsi Uilyam Şekspirin faciələrində yaratdığı obrazlar hesab olunur. Ən böyük rolunu Azərbaycan Dram Teatrının tarixində oynayıb. 1926-cı ildən Azərbaycan Dövlət Opera Teatrının baş rejissoru işləyib. Azərbaycan SSR xalq artisti adı ona 1936-cı ildə verilib. Bir il sonra isə...
Yüzlərlə ziyalımız kimi Abbas Mirzə də Azərbaycanda Stalin repressiyalarının qurbanı olub. 1937-ci ilin dekabr ayında saxta ittihamla həbs olunub. Təqribən həbsindən bir il sonra uzun işgəncələrlə dindirilmədən bir mətləb hasil olmadığını görən rejimin əsgərləri onu güllələyib.
1955-ci il sentyabrın 17-də Şərifzadənin ittihamına dair işə SSRİ-nin Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı nəticəsində bəraət alıb. Stalinin ölümündən sonra.
SSRİ prokurorluğu 22134 nömrəli işi tamamilə saxta hesab edib. 1955-ci il sentyabrın 17-də prokurorluğun etirazı ləğv edilib, cinayət işinin tərkibi olmadığı üçün cinayət işi dayandırılıb. Etiraz SSRİ Ali Məhkəməsində təsdiqlənib.
1955-ci il oktyabrın 31-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Şərifzadənin oğlu Karataya qəbz verib. Qəbzdə qeyd olunurdu: "Şərifov Abbas Mirzə Rəsul oğluna qarşı məhkəmə işi 17 sentyabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən baxıldı”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR