Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Lukaşenko: Karantin, komendant saatı... Bəs nə yeyəcəyik?

Lukaşenko: Karantin, komendant saatı... Bəs nə yeyəcəyik?

Tarix: 7-04-2020, 23:10

Kənd təsərrüfatı Belarusun diqqət yetirməli olduğu ən vacib sektordur.
Mediabiz.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Neft neftdir, amma onu masaya qoymursan. Yemək məsələsi, dediyim kimi, ciddi problemdir. Buna görə əkin kampaniyasını ən qısa müddətdə başa çatdırmağı tələb edirəm. İl ərzində əkinçilik işlərini ən ciddi şəkildə ələ almaq lazımdır. Bu, Prezidentin köməkçiləri və bölgələrin rəhbərliklərinə aiddir. Bu, bir nömrəli tapşırıqdır. Karantin, komendant saatı və sair addımı atmaq ən asan yoldur, bunu 24 saat ərzində edə bilərik, bəs nə yeyəcəyik?”
Prezidentin sözlərinə görə, nəinki beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəhbərləri də yaxın vaxtlarda başlayacaq aclıq barədə danışmağa başlayıblar:
“İndi hamı bu barədə danışır. Ən inkişaf etmiş ölkələrin liderləri belə. Buna görə də kənd təsərrüfatı, xüsusilə hazırkı əkin kampaniyası diqqət etməli olduğumuz ən vacib faktordur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR