Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Lukaşenko: “Yemək çox ciddi məsələdir”

Lukaşenko: “Yemək çox ciddi məsələdir”

Tarix: 8-04-2020, 15:19

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusa yoluxanların sayında artım olsa da, karantin tətbiq edilməyəcəyini deyib.
“HaberGlobal” məlumat verir ki, kənd təsərrüfatı sektorundakı problemlərin ən qısa zamanda həll olunacağını vurğulayan Lukaşenko “Süfrəyə neft qoya bilməzsiniz. Yemək çox ciddi məsələdir. Buna görə də, məhsul becərilməsinin ən qısa müddətdə başa çatdırılmasını istəyirəm” deyib.
COVID-19-la mübarizə tədbirlərinin prosesə və mövcud imkanlara uyğun aparıldığını vurğulayan Lukaşenko ölkədə karantin elan edilməsinin ən sadə məsələ olduğunu qeyd edib:
“Ölkədə karantin elan edilməsi ən primitiv üsuldur. Bunu bir günə həll edə bilərik. Bəs nə yeyəcəyik?”.
Qeyd edək ki, Belarusda 861 nəfər koronavirusa yoluxub, 13 nəfər bu xəstəlikdən ölüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR