Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Tarix: 16-11-2019, 12:29

Azərbaycanda noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR