Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Nazir bu gündən 190 manatın veriləcəyini açıqladı

Nazir bu gündən 190 manatın veriləcəyini açıqladı

Tarix: 9-04-2020, 11:57

Bu gündən 190 manat dəyərindəki birdəfəlik ödənişlərin vətəndaşlara verilməsinə başlanılır.

“Mediabiz.az ” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-də qonaq olan zaman deyib. Nazir bildirib ki, 9 apreldə ilk araşdırmadan keçən insanlara ödənişlər ediləcək:
“Birdəfəlik ödəmələrin verilməsinə 9 apreldən başlanılması planlanıb. Ancaq sayın kifayət qədər çox olduğunu nəzərə alsaq, bu o demək deyil ki, hamıya bir gündə ödəniş olunacaq. Artıq 30 min insanın məlumatı emal olunub. Onlara ödənişlərlə bağlı qərar qəbul edilib”. 
Nazir vurğulayıb ki, dövlətin sosial öhdəliyi yaşayış minimumundan aşağı vəsait alan insanlara dəstək verməkdir: “Bu gün 1000 manat, 5000 manat, 800 manat məvacib alanlara xüsusi dəstək ayrılmalı deyil. Repetitor kimi fəaliyyətini dayandıran müəllim həm də çalışdığı təhsil müəssəsindən əmək haqqı alır. Ölkədə müəllimin orta əmək haqqısı 500 manatdır, ona işsizlər üçün ayrılmış məvacibin verilməsi doğru olmaz”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR