Son Xəbər: Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb, Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb, Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb, Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb, Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi, Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb, İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb, Yol polisi sürücülərə çağırış etdi, Azərbaycanda aktyor vəfat edib, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib,

Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY

Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY

Tarix: 16-11-2019, 13:11

Noyabrın 16-da UNESCO Günü qeyd olunur. 1945-ci ilin həmin günü Londonda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) yaradılaraq 37 dövlətin imzası ilə Nizamnaməsi qəbul edilib. Yeni beynəlxalq təşkilatın bəşəriyyətin əqli və əxlaqi həmrəyliyini təmin etməklə dünya müharibəsi ehtimalının qarşısını almaq məqsədi daşıdığı güman olunurdu.
Azərbaycan BMT-nin bu tabe təşkilatına 3 iyun 1992-ci il tarixində üzv olub. Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri fəxri adına layiq görüldükdən sonra Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq əlaqələri daha da güclənib. Belə ki, Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə həm ölkədə, həm də xaricdə maddi və qeyri-maddi mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı mühüm işlər görülür.
UNESCO-nun xoşməramlı səfirləri və təşkilatın “Sülh artisti”ləri Azərbaycanın UNESKO-dakı fəaliyyətinə dair fikirlərini Report-la bölüşüblər. Həmin fikirləri təqdim edirik.
Elisso Bolkvadze - UNESCO-nun xoşməramlı səfiri və təşkilatın “Sülh artisti”:
“Mən 2015-ci ildən UNESCO-nun sülhməramlı artistiyəm. Azərbaycan UNESCO səviyyəsində çox yüksək fəallıq nümayiş etdirir. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. Onun fəaliyyəti, ilk növbədə, Azərbaycanı, onun zəngin mədəniyyətini, qədim tarixini, incəsənətini, musiqisini dünyaya tanıtdırmaqdan ibarətdir.
UNESCO-da mütəmadi olaraq Azərbaycana həsr edilmiş tədbirlər keçirilir. Digər tərəfdən, Azərbaycan Avropaya inteqrasiya yolunu seçərək onun dəyərlərini sərhədləri daxilində inşikaf etdirir.
Demokratiyanın, insan hüquqlarının, qadın hüquqlarının inkişafına xüsusi əhəmiyyət verən bu gənc ölkə öz təcrübəsini daim digər ölkələr ilə bölüşür, hər zaman mübadilələrə böyük maraq və yüksək aktivlik nümayiş etdirir.
Nəhayət, müşahidə etdiyim bir cəhət də Azərbaycanın istər Bakıda, istərsə də xarici ölkələrdə keçirilən çoxlu sayda tədbirlərin təşəbbüskarı və təşkilatçısı olmasıdır ki, bu da xalqlar arasında dialoqu stimul və inkişaf etdirir. Arzu edərdim ki, digər ölkələr də UNESCO çərçivəsində Azərbaycan kimi fəal olsunlar”.

 Elisso Bolkvadze
Amri Aminov - UNESCO-nun xoşməramlı səfiri, təşkilatın “Sülh artisti”:
“Keçmiş SSRİ respublikaları arasında Azərbaycan qədər UNESCO tərkibində aktiv fəaliyyət göstərən ölkə yoxdur. Azərbaycan təşkilat tərəfindən həyata keçirilən layihələrin əsas iştirakçılarındandır və beynəlxalq əlaqələrin qurulması üçün çox çalışır. Beləliklə, UNESCO-nun fəaliyyətinə yaxından dəstək verir.
Azərbaycan dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılmasında yaxından iştirak edir. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti gözümüzün qabağındadır. Fond bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Azərbaycan özü düz yoldadır və digər ölkələrə də gözəl nümunə olur”.

Edva Ser - UNESCO-nun xoşməramlı səfiri, təşkilatın “Sülh artisti”:
“Azərbaycan xalqı mehriban, səmimi və gözəl bir xalqdır. Bu səbəbdən ölkə əhalisi mehriban və sülh şəraitində yaşayır. Təsadüfi deyil ki, üç dinə məxsus insanlar bir-biri ilə anlaşır, bir-birini başa düşür və hörmət edir. Digər ölkələrə nümunə olan Azərbaycan sivilizasiyalararası dialoq, multikulturalizm və sülh ənənələrinin möhkəmlənməsində UNESCO tərkibində xüsusi rolu oynayır”.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR