Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Qazanxanaların qaz təchizatı bərpa edilib — Azəriqaz

Qazanxanaların qaz təchizatı bərpa edilib — Azəriqaz

Tarix: 16-11-2019, 15:32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.
"Ölkə.Az" xəbər verir ki, bunu Report-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov təmsil etdiyi qurumun əhalinin istiliklə təminatına problem yaratması (qadağa qoyması) barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də, qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, bu dəqiqələrdə təchizatı bərpa etmişik. Əhaliyə istilik verilə bilər”, - deyə o qeyd edib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR