Son Xəbər: Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub, Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH, Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib, Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ, Kəlbəcərdə mina partlayışı olub, Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib,

Aprelin 20-də karantin rejimi ləğv ediləcək? – Açıqlama

Aprelin 20-də karantin rejimi ləğv ediləcək? – Açıqlama

Tarix: 13-04-2020, 17:43

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub. Ümumilikdə son bir neçə gündə ölkə ərazisində koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər yoluxma sayı aprelin 20-nə kimi azalma tendensiyası ilə davam etsə, ölkə ərazisində karantin rejimi ləğv edilə bilərmi?
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejimi ilə bütün qərarları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah verəcək: 
"Karantin rejim elədir ki, onun haqqında hər kəsin subyektiv fikir söyləməsi doğru deyil. Operativ Qərargah dünyada gedən prosesləri və Azərbaycanda pandemiyanın meyilllərini müəyyən edərək qərar verəcək. İki gündür ki, yoluxma sayınsa azalma var. Bu bizi çox sevindirir. Bu həftə ərzində enmələr davam edərsə təbii ki, yaxın zamanda karantin rejiminin daha yüngüləşdirilmiş formasına keçərik. Düşünmürəm ki, birdən-birə biz karantin rejimindən imtina etməliyik. Karantin rejimindən tam imtina yox, bir az yüngülləşməsindən söhbət gedə bilər. Koronavirus pandemiyasının belə bir xüsusiyyəti var ki, bir həftə içində azalma olsa da, digər həftədə artım ola bilər. Düşünürəm ki, 14 günlük deyil, 28 günlük müddəti gözləmək lazımdır. Elə yoluxan insanlar var ki, inkubasiya dövrü ləng gedə bilər. Daha sonrakı mərhələlərdə aşkar oluna bilər. Ona görə də düşünmürəm ki, aprelin 20-də biz karantin rejimindən tam imtina edə bilərik. Hər halda bu azalma davam etsə, karantin rejiminin bölgələr üzrə müəyyən şərtlərini yüngülləşdirmək olar. Mayın əvvəllərinə qədər biz hələ də karantin rejimini davam etdirməliyik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR