Son Xəbər: Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub, Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH, Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib, Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ, Kəlbəcərdə mina partlayışı olub, Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib,

Koronavirusla bağlı indiyə olan rəqəmlər - Video

Koronavirusla bağlı indiyə olan rəqəmlər - Video

Tarix: 14-04-2020, 12:23


Koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşır.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyanın 210 ölkəsində 1 925 384 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 500 minə çatsa da, ölənlərin sayı 110 mini ötüb. 
Azərbaycanda isə 847 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 25-nin vəziyyəti ağır, 30-nun orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 12 nəfər virus səbəbindən həyatını itirib, 289 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 526 min aktiv  xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 20 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə  indiyə kimi 170 min yoluxma halı qeydə alınıb. Almaniyada 130 mindən çox yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 3194 ölüm. Həmçinin, ölkədə virusdan sağalanların sayı da yüksək sürətlə artır.
Qonşu Türkiyədə yoluxma sayı artıq 61 min olub. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından iki dəfə çoxdur. Ölkədə 46 min sağalmış, 22 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb. 

Sözügedən videoçarxı təqdim edirik:




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR