Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Səhərki partlayışdan sonra 5 nəfər Bakıya gətirildi

Səhərki partlayışdan sonra 5 nəfər Bakıya gətirildi

Tarix: 16-04-2020, 14:36


Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Masallıda baş verən partlayışla bağlı birgə məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumata görə, hadisə bu gün səhər saat 07 radələrində Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində qeydə alınıb. 
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölmələri tərəfindən keçirilmiş tədbirlərlə 2-si azyaşlı olmaqla 3 nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış 5 nəfər  Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib. 
Hadisə yerinə prokurorluq və polis əməkdaşları tərəfindən Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkimləri tərəfindən xəsarət almış şəxslərə təxirəsalınmaz tibbi yardım göstərilib. 
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 
Zərərçəkmişlərin stasionar qaydada müalicəsi hazırda davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR